Madurodan sonrakı AND
Venesuela Prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodriges Milli Bolivar Silahlı Qüvvələrinin Baş Komandanı elan edildi.
ERAmedia xəbər verir ki, onun andiçmə mərasimi milli televiziya ilə dünən yayımlanıb.
Xanım Rodriges Respublika xalqına bu şərəfə görə təşəkkür edib və silahlı qüvvələrə “3 yanvar 2026-cı il ABŞ təcavüzündən əvvəl, zamanı və sonrasında etdikləri hərəkətlərə görə” təşəkkür edib. O, həmçinin bütün dövlət qurumlarından və strukturlarından 100 gün ərzində Venesuelanın yeni müdafiə sisteminin istiqamətini müəyyən etmələrini istəyib.
Bundan əlavə, Delsi Rodriges Milli Kiber Müdafiə və Təhlükəsizlik Mərkəzinin yaradıldığını elan edib. Rodriges andiçmə mərasimini silahlı qüvvələri, mülki təhlükəsizlik qurumları və xalqdan “gələcəyi müdafiə etməyi və davamlı sülhü təmin etməyi” xahiş edərək yekunlaşdırıb.
Ural Dəyirmançı










