media-i-1-17-scaled

Bu gün Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarəçilər Şurasının Ukraynada nüvə təhlükəsizliyi ilə bağlı vəziyyəti müzakirə etmək üçün növbədənkənar iclası keçiriləcək.

ERAmedia xəbər verir ki, bundan əvvəl bir sıra ölkələr Ukraynadakı atom elektrik stansiyalarında qeyri-sabit vəziyyətlə bağlı “artan narahatlıq” ifadə ediblər.

Ukraynanın enerji sektoruna endirilən zərbələrdən sonra atom elektrik stansiyalarının elektrik təchizatı dəfələrlə pozulub.

Son hücumlardan sonra Niderlandın rəhbərliyi ilə 13 ölkə MAQATE-nin İdarəçilər Şurasından “Ukraynada baş verən son hadisələr və onların nüvə təhlükəsizliyinə təsirləri ilə əlaqədar iclasın çağırılmasını” tələb edib.

Məktubda qeyd olunur ki, “son hücumlar Ukraynanın atom elektrik stansiyalarının təhlükəsiz istismarı üçün həyati əhəmiyyət daşıyan enerji infrastrukturuna ciddi əlavə ziyan vurub”.

Keçən həftə Çernobıl Atom Elektrik Stansiyası müvəqqəti olaraq bütün xarici enerji mənbələrini itirib.

Avropanın ən böyük atom elektrik stansiyası olan və 2022-ci ilin martından Rusiya qoşunlarının nəzarətində olan Zaporojye AES də dəfələrlə hərbi əməliyyatların təsirinə məruz qalıb.

Əlihüseyn Salam


media-adspc

Bənzər xəbərlər