Məsuliyyəti cəzalandıran şirkətlər niyə yavaş ölür? - TƏHLİL
Azərbaycan şirkətlərində tez-tez rast gəlinən bir paradoks var:
İnsan böyük bir işi uğurla həyata keçirir, şirkətə ciddi fayda gətirir, amma prosesdə yaranmış kiçik bir boşluğa görə sərt şəkildə ittiham olunur.
Bir neçə belə hadisədən sonra əməkdaşın beynində sadə bir mexanizm formalaşır:
Niyə risk alım? Qoy qərarı rəhbər versin.
Beləliklə, məsuliyyət hissi yox olmur, sadəcə yuxarı ötürülür.
Nəticədə:
* Qərarlar gecikir;
* Təşəbbüskarlıq azalır;
* İnsanlar səhv etməkdən daha çox qorxur;
* Bütün məsələlər bir neçə rəhbərin masasına yığılır;
* Strateji düşünməli rəhbərlər gündəlik problemlərin içində itib-batır.
Araşdırmalar göstərir ki, yüksək psixoloji təhlükəsizlik mühiti olan komandalar daha çox təşəbbüs göstərir, səhvləri daha tez aşkar edir və innovasiyalarda daha uğurlu olurlar. Google tərəfindən aparılmış məşhur araşdırmada komanda uğurunun əsas amillərindən biri məhz insanların cəzalandırılmaq qorxusu olmadan fikir və təşəbbüs göstərə bilməsi idi.
Eyni zamanda Gallup araşdırmaları göstərir ki, əməkdaşların qərarvermə və təşəbbüs imkanları artdıqca məhsuldarlıq və bağlılıq da əhəmiyyətli dərəcədə yüksəlir.
Güclü şirkətlərdə rəhbərlər bir sual verirlər:
”Kim səhv etdi?” yox, “Sistem niyə buna imkan verdi?”
Çünki məqsəd günahkar tapmaq deyil, öyrənən təşkilat yaratmaqdır.
Azərbaycan şirkətləri üçün praktik tövsiyə:
Unutmayaq ki, bazarda qalib gələn şirkətlər ən ağıllı şirkətlər deyil. Ən sürətli öyrənən və ən sürətli qərar verən şirkətlərdir.
Əgər təşkilatda hər kəs qərardan qorxursa, bir müddət sonra qərarları yalnız rəhbər verir. Bir müddət sonra isə bazar rəhbəri gözləmir.
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant
İdarəetmə və biznes üzrə təlimçi-konsultant









