Pezeşkianın Paşinyana verdiyi kitab diqqət çəkdi - VİDEO
İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində keçirdiyi ikitərəfli görüşlər zamanı “Donald Trampın İran xalqına vəd etdiyi yardım” adlı kitabı hədiyyə edir.
ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, sözügedən kitab ABŞ-nin İrana endirdiyi zərbələr nəticəsində yaranan dağıntı və itkiləri əks etdirən fotolardan hazırlanıb.
Onun sözlərinə görə, Pezeşkian bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra həmin kitabı ona da təqdim edib.
Sahib Alıyev qeyd edib ki, Paşinyanın reaksiyası onun bu kitabı adi hədiyyə kimi deyil, xəbərdarlıq mesajı kimi qəbul etdiyini göstərir.
Deputatın fikrincə, Paşinyanın reaksiyasının səbəbsiz olmadığı qənaəti yaranır.
Mələk Onur










