Sabah çimərliklərdə temperatur necə olacaq?
İyulun 19-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti məlum olub.
Milli Hidrometeorologiya Xidmətindən ERAmedia-ya verilən məlumata görə, sabah Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zağulbada 24-25, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.









