“Sabah” növbəti mərhələyə yüksəldi
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS klubu ilə “Sabah” arasında cavab oyunu başa çatıb.
ERAmedia xəbər verir ki, Azərbaycan təmsilçisi “Park Hall” stadionunda keçirilən qarşılaşmada rəqibini 2:1 hesabı ilə məğlub edib.
Qolları 28-ci dəqiqədə Coy Lens Mikels və 42-ci dəqiqədə Rəhman Daşdəmirov vurub.
İki oyunun nəticəsinə əsasən TNS-i 4:1 hesabı ilə üstələyən “Sabah” II təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS-a rəqib olub.










