Səməd Nəsrullayevin nəşi aşkarlanaraq Odessaya gətirilib
Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumu nəticəsində həlak olmuş Atlas Bey mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi aşkarlanaraq Odessaya gətirilib.
ERAmedia-ya Xarici İşlər Nazirliyindən bildirilib ki, müvafiq zəruri tədbirlər yekunlaşan kimi cənazə ölkəmizə yola salınacaq.
“Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”, – deyə nazirliyin məlumatında qeyd olunub.









