media-emil
media-bant_master

Emil ŞLEYMOVİÇ – İsrailin rusdilli “IsraLife.co.il” saytının baş redaktoru,

Xüsusi olaraq ERAmedia üçün İsrail, Təl-Əvivdən yazır…

 

ABŞ-ın Türkiyədəki səfiri, eyni zamanda, Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak İsrail və Suriyanı, bəlkə də sülh müqaviləsinə, ən azından gərginliyi azaldacaq Pakta gətirmək üçün səylərini dayandırmır. Bu Pakta əsasən, İsrail ölkənin ərazisindəki hərbi obyektlərə zərbələr endirməyi dayandıracaq, Əş-Şara rejimi isə sərhəd yaxınlığında ağır texnika yerləşdirməyəcək.

Hələ sentyabr ayında Barak deyirdi ki, tərəflər nizamlamaya hazırdır: “Suriyada bu prosesə mane olmağa çalışan çox sayda düşmən döyüşçü var. Buna baxmayaraq, onlardan istədiyimiz hər şeyə gedirlər, amma İsrail hələ də etibar etmir və buna görə proses kifayət qədər ləng gedir.”

Netanyahu böyük bir tampon zona yaradılmasını tələb edir, Tramp isə Dəməşqdakı yeni hökuməti sabitliyini poza biləcək addımlardan çəkinməyi tövsiyə edir və xəbərdarlıq edib ki, “problemin həllini uzunmüddətli prosesə atmağa hazır deyil”. Nizamlamanın bir neçə məqsədi var.

“Hizbullah”a silah tədarükünün qarşısının alınması

7 dekabrda Tzahal sərhəd bölgələrində, Dov və Hermon dağlarında növbəti təlimlər keçirilib. 4 dekabr gecəsi isə İsrail Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Suriya və Livanı birləşdirən bir neçə sərhəd keçidinə və yollara zərbələr endirib. İsrail hərbçilərinin sözlərinə görə, bu yollar “Hizbullah”a silah daşınması üçün istifadə olunub.

Həqiqətən də, Barakın planının əsas məqsədlərindən biri Əsəd rejimi dövründə Suriyada, beynəlxalq hava limanı ilə birlikdə, şiə Livan qruplaşması üçün keçid bazası kimi istifadə olunan silah kontrabandasına son qoymaqdır. Tampon zonanın, hətta bir neçə belə zonanın yaradılması bu yolu bağlayacaq. Bu isə ABŞ-a “Hizbullah” üzərində təzyiqini artıraraq onu silahsızlandırmağa və bütün Livanı İranın təsirindən azad etməyə çalışmasına imkan verəcək.

Druzlar üçün təhlükəsizlik

Suriya İsraildən Sveyda vilayətindən qoşunlarını çıxarmasını tələb edir. Burada Tzahal druzları yerli bədüin tayfalarının və Əş-Şara ordusunun islamçı qruplarının hücumlarından qoruyub. İsrail isə Suriyadan, tampon zonadan əlavə, ona Sveyda şəhərinə – əsasən druzların yaşadığı şəhərə humanitar dəhliz açmasını tələb edir. İsraildə druz azlığı hakimiyyətə sadiqdir, druzlar İsrail ordusunda xidmət edir və Sveyda gərginləşdiyi zaman sərhədi keçərək həmvətənlərinə və yaxınlarına kömək üçün hərəkət ediblər. Onları müdafiəsiz buraxmaq Yerusəlimin maraqlarına uyğun deyil. Coğrafi və imic ziyanından başqa, bu, İsrailin şimalında qarışıqlıq və druz icmasının loyallığının azalması ilə nəticələnə bilər.

Siyasi analitik, Siyasi Analiz Alətləri İnstitutunun direktoru Aleksandr Şpunt qeyd edir ki, Suriyadakı druz icmasının üç baş şeyxindən ikisi – Hamud Əl-Xanavi və Yusif Cərbu – Ankaraya güvənir, üçüncüsü Hikmət Əl-Xicri isə gələcək planlarını İsrail üzərində qurur. Bu, ABŞ-ın dəstəyini əldə etmək ümidilə, “kürd modeli”ndə olduğu kimidir. Livanlı siyasətçi Valid Cumblat isə ən azından bir hissə Suriyadakı druzları İranın qoruyuculuğuna yönəltməyə çalışır ki, ayətullah rejimi Suriyada Əsədin devrilməsi ilə itirdiyi imkanları qismən bərpa edə bilsin.

Sülh müharibədən daha sərfəlidir

Əgər ABŞ İsrail və Suriyanı barışdıra bilsə, hər iki ölkə bundan iqtisadi baxımdan faydalanacaq (Suriya daha çox). Dünya Bankının ekspertləri qeyd edir ki, Suriya üçün bərpa işlərinə ən azı 216 milyard dollar tələb olunacaq. Suriya prezidenti bildirib ki, indiyədək yalnız 28 milyard dollarlıq müqavilə imzalanıb (onlardan 7 milyardı enerji infrastrukturu bərpasına).

O da var ki, hər bir müqavilənin imzalanması dərhal pul gətirmir – investorlar sabitliyi, Dəməşq isə ABŞ sanksiyalarının ləğvini gözləyir, sanksiyalar hələlik yalnız dayandırılıb. Suriya milli valyutasını denominasiya etməyi, kapital yuyulmasına qarşı mübarizəni gücləndirməyi və müharibə nəticəsində didərgin düşmüş qaçqınları qəbul etməyə və yerləşdirməyə hazırlaşır.

Əsas sponsorlar Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə olacaq – və son vaxtlar İsraili Suriya məsələsində “əlaqəsizliyi” ilə tənqid edirlər. Amma İsrail də yeni, 20 milyonluq bazarda qazanc əldə edə bilər. Suriyanın cənubunda yeni qazla işləyən və günəş enerjisi toplayan elektrik stansiyaları açılacaq – İsrail isə qaz ixracatçısıdır və yaxınlarda Misirlə müqavilə imzalayıb.

Bundan əlavə, Qərb Suriyanı potensial qaz tranzit ölkəsi kimi görür, bu da Avropaya tədarükləri diversifikasiya edir və Türkiyənin imkanlarını artırır. Suriyanın “Əbraham müqavilələri”nə qoşulması (rəsmi şəxslər bunun mümkünlüyünü bir neçə dəfə qeyd edib) iki ölkə arasında bir neçə milyard dollarlıq ticarət dövriyyəsi yarada bilər.

Bu, elə sə tezliklə baş verməyə bilər. Hələ 21 sentyabrda Tom Barak deyirdi ki, müqavilə mətninin 99%-i razılaşdırılıb və 2 həftə ərzində imzalanacaq. Amma artıq 2,5 ay keçib və mübahisələrin sonu görünmür.

Yaxın Şərqdə, adətən olduğu kimi, heç kim tələsmir.

 

Qeyd: Dəyərli oxucularımız analtik – məqalə ilə rus dilində aşağıda tanış ola bilərlər.

 

Мир между Сирией и Израилем возможен – но неизвестно, когда он наступит

Посол США в Турции, и по совместительству – спецпосланник Трампа по Сирии Том Барак не прекращает попыток привести Израиль и Сирию если не к мирному договору, то хотя бы к пакту о деэскалации. Согласно которому Израиль прекратит наносить удары по военным объектам на территории этой страны, а режим Аш-Шараа откажется от размещения тяжелой техники близ границы.

Еще в сентябре Барак говорил, что стороны готовы к урегулированию: «У них [в Сирии] так много вражеских боевиков, пытающихся этому помешать… Я лично убеждён, что они на правильном пути. Всё, о чём мы их просим, они делают. Но Израиль пока не доверяет, поэтому всё идёт довольно медленно». Нетаниягу требует создания большой буферной зоны, Трамп же предостерегает от действий, способных дестабилизировать новое правительство в Дамаске, и предупредил, что «не готов убирать решение проблемы в долгий ящик». Урегулирование призвано решить несколько проблем:

Трафик оружия для «Хезболлы»

7 декабря ЦАХАЛ провел очередные учения в приграничных районах, на горах Дов и Хермон.  А в ночь на четверг 4 декабря истребители ВВС Израиля нанесли очередные удары по нескольким пограничным переходам и дорогам, связывающим Сирию и Ливан. Они, по словам израильских военных, использовались для переброски оружия «Хезболле».

Действительно, одна из главных задач, которую преследует план Барака – положить конец контрабанде оружия для «Хезболлы» через Сирию, которая при режиме Асада служила, вместе с международным аэропортом, перевалочной базой для шиитской ливанской группировки. Создание буферной зоны, или даже нескольких таких зон, перекроет этот маршрут. Это позволит усилить давление США на «Хезболлу» в попытке заставить ее разоружиться и освободить весь Ливан из иранских щупальцев.

Безопасность для друзов

Сирия требует от Израиля вывести свои войска из провинции Сувейда, где ЦАХАЛ защитил друзов от атак местных бедуинских кланов и исламистских группировок армии Аш-Шараа. Израиль требует от Сирии, помимо буферной зоны, оставить ему гуманитарный коридор до эс-Сувейды – города, населенного в основном друзами. В Израиле друзское меньшинство лояльно властям, друзы служат в израильской армии, и в момент эскалации в Сувейде бесконтрольно прорвали границу, устремившись на помощь единоверцам и родственникам. Оставить их без защиты – не в интересах Иерусалима. Помимо геополитического и имиджевого ущерба, это грозит беспорядками на Севере Израиля и снижением лояльности друзской общины.

Как отмечает политолог, директор Института инструментов политического анализа Александр Шпунт, из трех главных шейхов сирийской друзской общины двое — Хамуд Аль-Ханави и Юсуф Джарбу – делают ставку на Анкару, третий – Хикмат Аль-Хиджри – на Израиль, в надежде через него получить протекторат США, по «курдской модели». Тогда как ливанский политик Валид Джумблат пытается увести хотя бы часть сирийских друзов под протекторат Ирана, чтобы режим аятолл хотя бы частично через них восстановил свои возможности в Сирии, утраченные с падением Асада.

Мир выгоднее, чем война

Если США все-таки смогут примирить Израиль и Сирию, обе страны выиграют от этого экономически (хотя Сирия – в большей степени). Эксперты Всемирного Банка отмечают, что на восстановление Сирии потребуется, по самым консервативным оценкам» 216 миллиардов долларов. Сирийский президент заявлял, что пока удалось подписать соглашения только на 28 миллиардов (7 из них – на восстановление энергетической инфраструктуры).

Но подписание не приносит денег моментально – инвесторы ждут стабильности, а Дамаск – отмены санкций США, которые пока лишь приостановлены. Сирия собирается деноминировать национальную валюту, усилить борьбу с отмыванием капиталов, начать принимать и обустраивать беженцев, которых прогнала с мест многолетняя гражданская война.

Главными спонсорами станут Саудовская Аравия, Катар и Турция – и они все последнее время подвергают Израиль критике за «несговорчивость» на сирийском треке. Но и Израиль способен заработать на новом для него 20-тимиллионном рынке. Именно на юге Сирии должны появиться новые электростанции, работающие на газе и собирающие энергию солнца – Израиль, напомним, является экспортером Газа и подписал недавно соглашение с Египтом.

Кроме того, Сирию Запад рассматривает как потенциальную страну газового транзита, что диверсифицирует поставки для Европы и усилит возможности Турции. Присоединение Сирии к «Авраамовым соглашениям», о возможности чего несколько раз уже говорили официальные лица, может привести к товарообороту в несколько миллиардов долларов между двумя странами.

Впрочем, это не обязательно случится скоро. Еще 21 сентября Том Барак говорил, что текст соглашения согласован на 99% и подписано оно будет в течение 2 недель. Но прошло уже 2.5 месяца, и конца спорам пока не видно. На Ближнем Востоке никто, как обычно, никуда не торопится.


media-adspc

Bənzər xəbərlər