media-1756804352_trampp-1

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb.

ERAmedia xəbər verir ki, Tramp sosial media hesabında Körfəz bölgəsinin xəritəsini paylaşaraq, dairəyə alınmış Hörmüz boğazı ərazisini “Tramp boğazı” adlandırıb.

Tramp sentyabrın 2-də sosial media hesabında etdiyi paylaşımda da Hörmüz boğazının ABŞ-ın nəzarəti altında olduğunu iddia etmiş və onun adının “Tramp boğazı” olaraq dəyişdirilməsini təklif edə biləcəyini bildirmişdi.

ABŞ Prezidenti daha əvvəlki bəzi açıqlamalarında da Hörmüz boğazının ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarəti altında olduğunu və ərazinin “ABŞ torpağı” hesab edilə biləcəyini iddia etmişdi.

Əli Fərhad

 


media-adspc

Bənzər xəbərlər