media-176734587835236831_1200x630

Ötən il Türkiyənin muzey və tarixi yerlərini 33 milyon 129 min 106 nəfər ziyarət edib.

ERAmedia xəbər verir ki, bununla bağlı ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabındakı paylaşımında qeyd edib.

Muzeylərin keçmişlə bu günü birləşdirən ən güclü mədəniyyət məkanları olmağa davam etdiyini vurğulayan nazir ötən il ən çox ziyarət edilən ilk beş muzey və tarixi yeri açıqlayıb.

Biildirilib ki, bu müddət ərzində Efes tarixi abidəsi 2 milyon 550 min 458, Hierapolis (Pamukkale) 2 milyon 299 min 914, Göreme 1 milyon 184 min 285, Zelve–Paşabağlar 1 milyon 141 min 219, Galata qülləsi isə 951 min 338 ziyarətçi qəbul edib.

Nazir Ersoy muzeylərin öyrənmə, kəşfetmə və ortaq yaddaşın canlı saxlanılmasında mühüm rol oynadığını, mədəni həyatın formalaşmasına töhfə verməyə davam etdiyini vurğulayaraq, mədəniyyət, incəsənət və turizm sahələrini gücləndirən addımlarla “Türkiyə əsri”nin birgə inşasını davam etdirəcəklərini bildirib.


media-adspc

Bənzər xəbərlər