Üçtərəfli sülh danışıqlarından xəbər var
Ukraynanın üçtərəfli danışıqlar prosesində ABŞ-ı vasitəçi kimi tanıması sülh müqaviləsinin imzalanması prosesini xeyli sürətləndirə bilər.
ERAmedia xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Svetlana Jurova yerli mətbuata müsahibəsində belə deyib.
Deputat, həmçinin nizamlamanın bir qədər sürətləndirilmiş tempini müsbət nəticə hesab edib və danışıqların yeni mərhələsinin yaxın gələcək üçün planlaşdırıldığını bu kontekstdən izah edib: “Düşünürəm ki, bəzi sənədlər artıq mövcuddur, sadəcə olaraq onlar ictimaiyyətə açıqlanmır. Bəlkə də razılaşma üçün çərçivə mövcuddur. Sadəcə, bütün bunlar hələ ictimaiyyətə açıqlanmayıb”.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukrayna üzrə danışıqlara açıq olduğunu bildirmişdi. Onun sözlərinə görə, irəliləyiş hər iki tərəfin konstruktiv yanaşmasından asılıdır.
Ural Dəyirmançı









