Ukraynanın sadiq prezidenti Bakıya gəlib
Ukraynanın üçüncü prezidenti, 2005-2010-cu illərdə ölkəyə rəhbərlik etmiş Viktor Yuşenko Bakıya gəlib.
ERAmedia xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Ukraynanın üçüncü prezidenti Viktor Yuşenkonu Bakıda qarşılamaqdan şərəf duyuram!” – səfir paylaşımında yazıb.
Qeyd edək ki, səfərin məqsədi ilə bağlı hələlik əlavə məlumat verilməyib.










