media-1767534554249356210_1200x630

Zaqatala rayonunun Muxax kəndində xurma istehsalı sexində yanğın baş verib.

ERAmedia xəbər verir ki, kənd sakini Vidadi Yusifova məxsus xurma istehsalı sexində yanğın hadisəsi ilə bağlı məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində sexin yanar konstruksiyaları, sexdə olan xurmanın bir hissəsi və daşınma üçün istifadə olunan odun və plastik taraların xeyli hissəsi yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının ətrafa yayılmasının qarşısı alınaraq məhdudlaşdırılıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş verməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

media-1767534554249356210_1200x630 media-17675345542758164023_1200x630 media-1767534554348999041_1200x630 media-17675345543626034743_1200x630


media-adspc

Bənzər xəbərlər