media-csxlouf3zjv1dgdlo2cs4tkz5fs5nuaml8igwicr_1200

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

ERAmedia xəbər verir ki, görüş zamanı Prezident Zelenski Hakan Fidanı Ukrayna-Türkiyə münasibətlərinin inkişafına və dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələrə görə II dərəcəli “Ləyaqət” ordeni ilə təltif edib.

Diplomatik mənbələrin məlumatına görə, tərəflər görüşdə ikitərəfli münasibətlər, regional vəziyyət və gündəmdə olan aktual məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Ukraynada II dərəcəli “Ləyaqət” ordeni dövlət idarəçiliyi, diplomatiya, beynəlxalq əməkdaşlıq və digər sahələrdə xüsusi xidmətləri olan şəxslərə təqdim olunur.


media-adspc

Bənzər xəbərlər