media-1783254764787831156_1200x630

Astanada Milli Dombra Günü münasibətilə “Нағыз қазақ – қазақ емес, нағыз қазақ – домбыра!” adlı genişmiqyaslı ümumxalq çelencinə start verilib.

ERAmedia Astana meriyasının rəsmi saytına istinadla xəbər verir ki, genişmiqyaslı mədəni aksiyada təxminən 10 min məktəbli, eləcə də musiqi müəllimləri iştirak edib.

Müəllimlərin rəhbərliyi ilə şagirdlər eyni vaxtda Astananın əlamətdar yerlərində, mədəniyyət obyektlərində və ictimai məkanlarında məşhur küyiləri (ənənəvi instrumental pyeslər) ifa ediblər.

Tədbir Astana Təhsil İdarəsinin Metodik Mərkəzi tərəfindən təşkil edilib. Təşəbbüsün əsas məqsədi milli incəsənətin populyarlaşdırılması, gənclərin istedadlarının nümayiş etdirilməsi və xalqın zəngin mədəni irsinin təbliğ ediltməsidir.

media-17832547642606123342_1200x630


media-adspc

Bənzər xəbərlər