“28 May”dan “Dərnəgül”ə sonuncu qatar gedib
“28 May”dan “Dərnəgül”ə doğru sonuncu qatar yola salınıb.
ERAmedia xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Qeyd edilib ki, bu gün “Həzi Aslanov” istiqamətindən gələn qatar saat 00:32-də “28 May” stansiyasından sonuncu dəfə “Dərnəgül”ə doğru hərəkət edib.
Bildirilib ki, bu son səfər Bakı metrosunun inkişafında yeni dövrün başlanğıcına doğru atılan mühüm addımdır.










