media-whatsapp-image-2026-07-24-at-10-12-35

Azərbaycan ədəbiyyatının iki görkəmli nümayəndəsi Abdulla Şaiq və Səməd Vurğunu təkcə ədəbi fəaliyyət deyil, həm də qohumluq əlaqələri birləşdirirdi.

ERAmedia xəbər verir ki, Abdulla Şaiq və Səməd Vurğun bacanaq idilər. Bu fakt Azərbaycan ədəbiyyatı tarixində maraqlı ailə bağlarından biri kimi xatırlanır.

Paylaşılan tarixi fotoda Səməd Vurğunun Abdulla Şaiqə sənəd təqdim etdiyi an əks olunub. Kadr iki böyük söz ustasının səmimi münasibətlərini və qarşılıqlı hörmətini əks etdirən qiymətli tarixi sənəd hesab edilir.

Abdulla Şaiq Azərbaycan maarifçiliyinin, uşaq ədəbiyyatının və milli dramaturgiyanın görkəmli nümayəndələrindən biri olub. Səməd Vurğun isə XX əsr Azərbaycan poeziyasının ən parlaq simalarından biri kimi milli ədəbiyyatın inkişafında mühüm rol oynayıb.

Onların qohumluq münasibətləri iki böyük ədibin həyatında ailə bağlarının da mühüm yer tutduğunu göstərən maraqlı bioqrafik faktlardan biri kimi bu gün də diqqət çəkir.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər