media-ad7f77e7-51a2-4282-bc3a-3423e19f0277

Bildiyimiz kimi, yaxın gunlərdə müsabiqə şərtini ödəmiş abituriyentlərin ixtisas seçimi başlayır.

Həm valideynlər, həm də şagirdlər çətin seçim qarşısındadırlar.
Bir çox valideyn cəmiyyətimizin ən böyük nöqsanı olan “kim nə deyər? “ məntiqini övladının taleyindən üstün tutur və övladının bilik,bacarığını qiymətləndirmir.
Bu səbəbdən də həmin gənclər gələcəkdə ya sevmədikləri ixtisasda çalışmağa məcbur olur,yada ixtisas dəyişərək əlavə dörd il oxumaq məcburiyyətində qalırlar.Bəzən də uzun illər işsiz qalırlar.
Buna nümunə olaraq 2010 cu ildə çox çalışqan bir şagirdimi xatırlayıram ki, həmin abituriyent çox sakit, təvazökar və mülayim birisi idi. Yüksək ballı olsa da, coğrafiya ixtisasını seçərək bu sahədə tədqiqatçı olmaq istəyirdi,lakin valideyni həm mənə, həm də abituriuentə acıqla dedi ki, nə danışırsız, qonum-qonuşunu bizə güldürmək istəyirsiniz?
Abituriyenti öz könlu olmadan yüksək nüfuzlu universitetin Beynəlxalq münasinətlər ixtisasına yönləndirdi ki, dörd il qonuşuşarın yanında öyünsün.
Həmin şagirdimiz 16 il keçməsinə baxmayaraq, hələ də işsizdir.
Şair Qabil nə deyir: “Qiyamət oluruq biz, səhv düşəndə yerimiz”.
Bəli ixtisas seçimi əslin də, hər bir abituriuentin bilik, bacarıq, istedad baxımından özünü yapmasıdır.
Bu səbəbdən abituriyentləri ixtisaslar və universitetlər haqqında məlumatlandırmaq, ixtisasların hansı bacarıq və səriştə tələb erdiyini onlara bildirmək bu sahədə çalışan bütün təjsil işçilərinin üzərinə düşən böyük bir məsuliyyətdir.
İxtisas seçimində başqa bir yanlış yanaşma isə abituriyentin tələbə həyatına əyləncə, sosial aktiv həyat kimi baxmasıdır. Bu cur düşünən abituriyentlər Bakının mərkəzində olan tədris sahəsində çox da tələbkar olmayan universitetləri seçirlər. Dörd ildən sonra onları gözləyən əmək fəaliyyətlərini düşünmürlər.
Bunun üçün, əziz abituriyentlər həyaya bütöv baxmaq lazımdır.
Təhsildə inkişaf etmiş bütün ölkələrdə oxumaq universitetə qəbuldan sonra başlayır, bizim abituriyentlərin əksəriyyəti tələbə olan kimi kitab, dəftərlərın cırb atırlar ki, ta hədəfimizə çatdıq.

Abituriyentlərin çətin sınağı: İxtisas, universitet, ya valideynin seçimi?

Düşünmürlər ki, tələbə olmaq hədəfə çatmaq deyil, hədəfin ilk pilləsidir və bu pilləyə atılan ilk sağlam addım, sağlam gələcəyin təməlidir.
Bu seçim zamanı valideynlərə də ilk tövsiyəmiz budur ki, onlar da övladlarını yaxşı analiz etsinlər, övladlarına keçici həvəslə yox, ruhlarına, əqidələrinə uyğun ixtisas seçsinlər.
Bunun üçün bi sahədə fəaliyyət göstərən bir yox, bir neçə mütəxəsislə məsləhətləşsinlər.
Əgər bir abituriuent ixtisasını düzgun seçmirsə, o, əmək fəaliyyətinin ən məhsuldar 25 ilində həm özünü, həm də tərəf müqabillərini, xidmət göstərdiyi sahədəki insanları incidəcək.
Yəni bir gəncin yanlış ixtisas seçimi hər birimizə təsir edəcək amildir.
Özünü yaxşı təhlil edən, bilik və bacarığının, qabiliyyərinin hansı ixtisasa uyğun gəldiyini dəqiqləşdirən abituriyent ixtisas seçimi zamanı birdən on beşə eyni ixtisası seçən abituriyentdir.
İxtisasını düzgün seçən abituriyent işini də, ailəsini də, dövlətini də, bütövlükdə həyatı da sevəcək və daim pozitiv olacaq.

Ətrafımızda bu cur pozitiv insanların artımı üçün əlimizdən gəldiyi qədər hər bir abituriyentə dəstək olaq!!!

Orxan İSAYEV,

Təhsil eksperti


media-adspc

Bənzər xəbərlər