media-avalanche-2-17_1771377814979_hpmain_16x9

ABŞ-ın Kaliforniya ştatında, Taho gölü yaxınlığında qar uçqunu nəticəsində 10 xizəkçi itkin düşüb, daha 6 nəfər isə ərazidə bloklanmış vəziyyətdə qalıb.

ERAmedia  xəbər verir ki, bu barədə NBC telekanalı Nevada dairəsi şerif idarəsinin press-relizinə istinadən məlumat yayıb.

Məlumata görə, uçqun Taho gölünün şimal-qərbində yerləşən Trakki şəhəri yaxınlığında, Kəsıl Pik (Castle Peak) ərazisində baş verib. Həmin ərazi xüsusi hazırlanmış xizək traslarından kənarda sürüşmə üçün populyar hesab olunur. Hadisədən sonra 10 nəfərin itkin düşdüyü, 6 nəfərin isə xilasediciləri gözlədiyi bildirilib.

Şerif idarəsinin kapitanı Rassel Qrinin sözlərinə görə, fevralın 17-si axşam saatlarında hadisə yerinə təxminən 46 xilasedici göndərilib, lakin son məlumatlara əsasən, onlar hələ əraziyə çatmayıb.

Qeyd olunur ki, Kəsıl Pik yaxınlığında yerləşən dağ-xizək kurortu son sutka ərzində bölgəyə təxminən 75 sm qar yağması səbəbindən sürüşmə şəraitinin əlverişsiz olduğunu əvvəlcədən xəbərdar edib.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər