media-4bf1df2f-daa5-4e7d-b67e-b48b2993c93c

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “MH-60S Sea Hawk” tipli helikopter çərşənbə günü Ərəb dənizində məcburi eniş edib.

ERAmedia xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Operativ Donanmasının yaydığı məlumata görə, hadisə nəticəsində bir hərbçi itkin düşüb, daha üç hərbçi isə xəsarət alıb. Yaralıların vəziyyətinin stabil olduğu bildirilir.

Açıqlamada vurğulanıb ki, helikopterin qəzaya uğramasının düşmən hücumu ilə bağlı olduğuna dair hər hansı əlamət yoxdur.

“Hazırda bölgədə fəaliyyət göstərən ABŞ Hərbi Dəniz Qüvvələri hələ də itkin düşmüş ekipaj üzvünün axtarışlarını davam etdirir. Hadisənin başvermə səbəbi araşdırılır”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, helikopter USS George H.W. Bush aviadaşıyıcısında bazalanıb.


media-adspc

Bənzər xəbərlər