media-7deda992-5e32-4936-a306-67d21e3ce663

ABŞ-ın fevral ayında İranın cənub-şərqində yerləşən Minab şəhərində ibtidai məktəbə endirilən və 168 uşağın həyatını itirdiyi hücumla bağlı kəşfiyyat hesabatlarını nəzərə almadığı iddia olunur.

ERAmedia xəbər verir ki, CNN-in mövzuya yaxın üç mənbəyə istinadən yaydığı məlumata görə, ABŞ ordusunun yüksək rütbəli komandanları İrandakı hədəflərlə bağlı kəşfiyyat məlumatlarının kifayət qədər köhnə olduğunu göstərən məlumat bazası qeydlərini nəzərə almayıblar.

Kəşfiyyat və hərbi rəsmilər arasında aparılan yazışmalarda illər əvvəl əldə edilmiş kəşfiyyat məlumatlarına əsaslanan hədəflərin yenidən qiymətləndirilməsinin zəruriliyi vurğulanıb.

Mənbələrdən biri ABŞ hərbi rəsmiləri barədə danışarkən bildirib ki, “Hücumdan bir neçə gün sonra etdikləri səhvi anladılar”.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevral tarixində İrana qarşı başladığı hərbi əməliyyatların ilk saatlarında Hörmüzqan vilayətinin Minab şəhərində yerləşən qız ibtidai məktəbinə zərbə endirilmişdi. Hücum nəticəsində 168-i uşaq olmaqla 180-dən çox insanın həlak olduğu bildirilmişdi. Məlumatlara görə, zərbə ABŞ tərəfindən həyata keçirilib və məktəb 40 dəqiqə fasilə ilə iki dəfə vurulub.

Hücumun icrasına cavabdeh olan ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Brad Cooper Konqresdə verdiyi ifadədə məktəbin “İran İslam İnqilabı Keşikçiləri Korpusunun aktiv raket bazasının ərazisində yerləşdiyini” iddia edib.


media-adspc

Bənzər xəbərlər