ABŞ-ın xam neft ehtiyatları 6,1 milyon barel azaldı
ABŞ-ın kommersiya xam neft ehtiyatları ötən həftə əvvəlki həftə ilə müqayisədə təxminən 6,1 milyon barel azalıb.
ERAmedia xəbər verir ki, ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının ötən həftə təxminən 6,1 milyon barel azalaraq 412,1 milyon barelə düşdüyünü açıqlayıb. Bazar gözləntiləri təxminən 3,9 milyon barel azalma idi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da 9,1 milyon barel azalaraq 331,2 milyon barelə düşüb.
Bu dövrdə ABŞ-ın benzin ehtiyatları təxminən 2,1 milyon barel artaraq 216,3 milyon barelə düşüb.
ABŞ-ın gündəlik xam neft hasilatı 13-19 iyun həftəsində 13.000 barel artaraq 13.819.000 barelə çatıb.
Bu arada, ölkənin xam neft idxalı ötən həftə gündə 436.000 barel artaraq 5.570.000 barelə, xam neft ixracı isə gündə 342.000 barel artaraq 4.669.000 barelə çatıb.
EIA-nın “2026-cı ilin iyun ayı üçün qısamüddətli enerji proqnozu hesabatı”na görə, ABŞ-da orta gündəlik xam neft hasilatının bu il 13.720.000 barelə çatacağı gözlənilir.









