ABŞ Pezeşkian və Əraqçinin vizalarını təsdiqlədi
ABŞ hakimiyyəti İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçinin BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün vizalarını təsdiqləyib.
ERAmedia xəbər verir ki, “NBC News” bu barədə mənbəyə istinadla məlumat yayıb.
ABŞ Dövlət Departamenti BMT tədbirlərində iştirak edəcək İran nümayəndə heyətinin əsas üzvlərinə viza veriləcəyini bildirib. Məlumata görə, İranın builki nümayəndə heyəti ötən illə müqayisədə daha az sayda üzvdən ibarət olacaq.










