ABŞ Prezidenti Sülh İnstitutunda Sülh Şurasının iclasına ev sahibliyi edəcək - Kerolayn Livit
Sabah ABŞ Prezidenti Donald Tramp Donald Tramp adına Sülh İnstitutunda Sülh Şurasının iclasına ev sahibliyi edəcək.
ERAmedia xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, iclasda Tramp üzv dövlətlərin Qəzzanın humanitar və yenidənqurma səylərinə 5 milyard dollardan çox vəsait ayırdığını, həmçinin qəzzalıların təhlükəsizliyini və sülhü qorumaq üçün beynəlxalq sabitləşdirmə qüvvələrinə və yerli polisə minlərlə işçi göndərəcəyini açıqlayacaq.









