Asim Xudiyev Avropa Liqasına təyinat aldı
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.
ERAmedia-ya AFFA-dan verilən məlumata görə, o, Avropa Liqasının III təsnifat mərhələsində Albaniyada “Eqnatiya” və İrlandiyanın “Şemrok Rovers” komandaları arasında keçiriləcək cavab oyununun hakim-inspektoru olacaq.
Qarşılaşma avqustun 13-də Rroqojine şəhərində yerləşən “Eqnatiya” stadionunda baş tutacaq.









