Avropa hava yollarından Türkiyəyə gülməli paylaşım - FOTO
Avropanın ən böyük hava yolu şirkəti “Ryanair” Türkiyə haqqında yumorla paylaşımı ilə diqqət çəkib.
ERAmedia xəbər verir ki, Avropanın müxtəlif şəhərlərinə ucuz uçuş biletləri ilə tanınan İrlandiya mərkəzli “Ryanair” hava yolu şirkəti “X” sosial media hesabından etdiyi paylaşım ilə gündəmə gəlib.
“Yeni bir bərbərə ehtiyacım var” sözləri ilə paylaşılan yalmansız bir at şəkilini paylaşan şirkət “Sənin Türkiyəyə uçmağa ehtiyacın var” deyib.
Türkiyədə sağlamlıq turizmi son illərdə xeyli inkişaf edib. Türkiyə Avropadan və dünyanın bir çox ölkəsindən insanlar tərəfindən stomatologiya, saç əkilməsi kimi sağlamlıq xidmətlərindən faydalanmaq üçün çoxsaylı turistləri qəbul edir. Bu vəziyyət sosial mediada müxtəlif yumoristik paylaşımlarla gündəmə gəlir.










