media-w_1617873304931504419028_1200x630

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakının da ev sahibliyi etdiyi Avropa çempionatında mübarizəyə başlayıb.

ERAmedia xəbər verir ki, Faiq Qarayevin başçılıq etdiyi yığma C qrupunun ilk oyununda Portuqaliya ilə qarşılaşıb. Milli Gimnastika Arenasında təşkil olunan görüş milli komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi qrupda növbəti görüşünü avqustun 23-də eyni məkanda İspaniya seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, C qrupunda Azərbaycan və Portuqaliya yığmaları ilə yanaşı, Niderland, İspaniya, Belçika və Rumıniya komandaları da mübarizə aparır. Bu qrupun matçlarına avqustun 28-də yekun vurulacaq.


media-adspc

Bənzər xəbərlər