Azərbaycan səmasında iz qoyan ilk qadın sərhədçi pilot
11 dekabr 1986-cı ildə Sumqayıtda dünyaya gələn Dilarə Babayeva Azərbaycan sərhəd aviasiyasında qadınların təmsilçiliyi baxımından xüsusi iz qoymuş hərbçilərdən biri olub.
ERAmedia xəbər verir ki, Dilarə Babayeva 2012-ci ildən Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində xidmətə başlayıb və hərbi fəaliyyəti dövründə müxtəlif təlimlərdə iştirak edib. O, xidmət illərində çoxsaylı uçuşlar həyata keçirib, paraşütlə tullanışlar edib və peşəkar hazırlığını davam etdirib.
Hərbi karyerasında kapitan rütbəsinədək yüksələn Dilarə Babayeva xidmətlərinə görə bir sıra təltiflərə layiq görülüb. O, Silahlı Qüvvələrin 95 illiyi və Sərhəd Mühafizəsinin 90 illiyi münasibətilə medallarla, eləcə də fəxri fərmanlarla təltif olunub.
Lakin onun həyat yolu 30 avqust 2016-cı ildə faciəli şəkildə başa çatıb. Həmin tarixdə Dilarə Babayeva həkim səhlənkarlığı nəticəsində həyatını itirib.
Qısa ömrünə baxmayaraq, Dilarə Babayevanın hərbi xidməti və sərhəd aviasiyasında fəaliyyəti Azərbaycan qadınının hərbi sahədə qazandığı uğurların nümunələrindən biri kimi yadda qalıb.
Mələk Onur










