media-e7xw2sfyu9v5ybgop3yxbvbs945te38ke5ws80vd_1200

Azərbaycan və Qətər parlamentləri arasındakı əlaqələr müzakirə olunub.

ERAmedia xəbər verir ki, bu barədə Azərbaycanın Qətərdəki səfirliyi “X” sosial media hesabında məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycanın Dohadakı səfiri Adış Məmmədov bu ölkənin Qətər Dövləti Şura Məclisinin sədri Həsən bin Abdulla Əl-Qanim ilə görüşüb.

Görüşdə iki ölkənin parlamentləri arasındakı əlaqələr və onların gələcək inkişaf perspektivləri müzakirə edilib.


media-adspc

Bənzər xəbərlər