media-devlet-bahceli_fayn-portre_1

Türkiyənin aparıcı siyasi qüvvələrindən biri olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli Türkiyə ilə bağlı bu yaxınlarda son hesabatını təsdiqləyən Avropa Parlamentini tənqid edib.

ERAmedia xəbər verir ki, iyunun 23-də Ankarada MHP parlament fraksiyasının iclasında çıxış edən Bahçeli Türkiyənin kənar təhdidlərdən qorxaraq xarici aktorların istəyi ilə hərəkət edən ölkə olmadığını bildirib. “Aİ öz hərəkətlərinə görə məsuliyyət daşımalı və yerini bilməlidir”, – deyə türk siyasətçisi vurğulayıb.

Partiya sədri Avropa dövlətlərinin mövqelərində ziddiyyətləri də vurğulayıb. “Avropa illərdir “strateji muxtariyyətini” elan edir, lakin hələ də müdafiə, siyasi və iqtisadi arxitekturasını formalaşdırmaq üzrə Vaşinqtonun kölgəsindən çıxa bilməyib. Avropa öz zəifliyini və korafəhmliyini gizlətmək üçün insan haqları ilə bağlı ikili standartlar və yalançı ritorika ehtiva edən qərəzli hesabatlar hazırlayır. Lakin onlarda həqiqət və ədalət işarəsi yoxdur, bu, sadəcə, Türkiyəyə təzyiq göstərmək cəhdidir”, – deyən siyasətçi Avropa Parlamentinin Ankaraya təzyiq göstərmək cəhdlərinin uğursuzluğa məhkum olduğuna əminliyini bildirib.

MHP-nin lideri Avropanın illərdir təhlükəsizlik və idarəetmə sistemlərini xarici aktorlara etibar etdiyini vurğulayıb. “Belə bir Avropa necə cəsarət edir ki, Türkiyəyə mühazirə oxusun və ya Ankaraya şərtlərini diktə etsin? Danışıqlar masasında növbələrini gözləyən və öz təhlükəsizlik sistemlərində boşluqları aradan qaldırmaq üçün mübarizə aparanlar təhlükəsizlik siyasətini və ya Türkiyə məhkəmələrinin qərarlarını şübhə altına almağa necə cəsarət edirlər?”, – türk siyasətçi sözünə davam edib.

D. Bahçeli Avropanın on illərdir Türkiyəyə verdiyi vədləri yerinə yetirmədiyini xatırladıb. O, Ankaranın Aİ üzvlüyü ilə bağlı uzanan dialoqu, Türkiyə vətəndaşları üçün viza tələblərinin yumşaldılması məsələsində irəliləyişin olmadığını və Türkiyə-Aİ Gömrük İttifaqı müqaviləsinin yenilənməsinin yavaş tempini misal çəkib.


media-adspc

Bənzər xəbərlər