media-yol

Paytaxt Bakıda rahat və təhlükəsiz gediş-gəlişin təmin edilməsi məqsədilə genişmiqyaslı yol təmiri proqramı icra olunur.

ERAmedia-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, artıq 40 küçə və prospektdə təmir işləri başa çatdırılıb, 20-yə yaxın küçə və prospektdə isə işlər davam etdirilir.

Proqram çərçivəsində ümumilikdə 110 küçə və prospektin təmiri nəzərdə tutulub.

Növbəti mərhələlərdə digər küçə və prospektlərdə də təmir işlərinə başlanılacaq.


media-adspc

Bənzər xəbərlər