media-17860052943052710629_1200x630

Azərbaycan inkişaf edən və əhəmiyyətli regional rolunu nümayiş etdirən güclü dövlətdir. Azərbaycanın müharibənin dayandırılması səylərində həm iştirakı, həm də səsi son dərəcədə mühümdür

ERAmedia xəbər verir ki, bu fikirləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında söyləyib.

Azərbaycanın və Ukraynanın həm də strateji tərəfdaşlar olduğunu deyən nazir qeyd edib: “Azərbaycan biznesi Ukraynada daim fəal olub və biz bu fəaliyyətin daha da genişləndirilməsini arzu edirik. Azərbaycanlı dostlarımız üçün təkliflər paketimiz var. Biz Ukraynaya enerji təchizatının şaxələndirilməsində maraqlıyıq. Ümumiyyətlə, Azərbaycan enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bütün Avropa, o cümlədən Ukrayna üçün strateji əhəmiyyətə malikdir. Biz bunun üzərində fəal şəkildə işləyirik və əminəm ki, əhəmiyyətli nəticələr əldə edəcəyik”.


media-adspc

Bənzər xəbərlər