media-thumbnail_20260601_094639

Bolqarıstanın müxtəlif şəhərlərində yerləşən məhkəmə və digər ictimai binalara bomba qoyulması barədə elektron poçt vasitəsilə anonim məlumatlar göndərilib.

ERAmedia Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, təhlükəsizlik tədbirləri çərçivəsində əksər binalarda əməkdaşlar və ziyarətçilər təxliyə ediliblər.

Məlumata görə, Burqas, Varna, Stara Zaqora, Veliko Tırnovo, Razqrad, Smolyan, Dobriç, Silistra, Vidin və digər şəhərlərdə yerləşən məhkəmə binalarında və dövlət qurumlarında yoxlamalar aparılıb.

Bolqarıstan Daxili İşlər Nazirliyinin Sofiya Regional İdarəsi bildirib ki, paytaxtdakı yeddi prokurorluq orqanına da təhdid məktubları göndərilib. Aparılan yoxlamalar zamanı heç bir partlayıcı qurğu və ya şübhəli əşya aşkar edilməyib. Binaların fəaliyyəti bərpa olunub.


media-adspc

Bənzər xəbərlər