Bu ölkədə prezidentin minimum əmək haqqı təklifi qəbul edilmədi
Kolumbiya prezidenti Gustavo Petro, hökumətin minimum əmək haqqına 23,7% artım təklifinin Dövlət Şurası tərəfindən rədd edilməsinə etiraz olaraq xalqı aksiyalara çağırıb.
ERAmedia xəbər verir ki, ölkənin ali inzibati məhkəməsi olan Dövlət Şurasının hökumətin minimum əmək haqqı artımını bloklamasına reaksiyada Petro qərarın xalqın rifahına zərər verdiyini bildirib.
Prezidentin çağırışından sonra paytaxt Boqota başda olmaqla bir sıra böyük şəhərlərdə vətəndaşlar küçələrə çıxaraq etiraz aksiyaları keçiriblər.
Boqotada nümayişçilərin əsas yolları bağlaması səbəbindən toplu nəqliyyatda və avtomobil hərəkətində ciddi pozuntular baş verib.
Mələk Onur









