Bu ölkənin paytaxtı sular altında qaldı
Qananın paytaxtı Akkrada günlərlə davam edən güclü yağışlar fəlakətə çevrilib.
ERAmedia xəbər ki, Qananın daxili işlər naziri Muntaka Məhəmməd-Mübarək 28 iyundan bəri Akkrada davam edən güclü yağışlarla bağlı jurnalistlərə açıqlama verib.
Məhəmməd-Mübarək bildirib ki, davam edən güclü yağışların yaratdığı daşqınlar səbəbindən 7761 ev təsərrüfatı zərər çəkib, 38802 nəfər evsiz qalıb.
O, həmçinin qeyd edib ki, daşqınlar nəticəsində 12 nəfər həyatını itirib, 7 nəfər isə hələ də itkin düşüb.
Qana Səhiyyə Xidmətləri daşqınlardan sonra vəba, malyariya və ishalın baş verməsi ilə bağlı xəbərdarlıqlar edib.









