Bu şəhərdə evlərdən birinə meteorit düşüb
Almaniyanın Reynland-Pfalts əyalətinin Koblens şəhərində evlərdən birinin üzərinə meteorit hissələri düşüb.
ERAmedia yerli mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində evə maddi ziyan dəysə də, xəsarət alan olmayıb.
Meteoritin atmosferə daxil olaraq güclü partlayış səsi ilə parçalanmasından sonra baş verdiyi bildirilib.
Hadisə zamanı evdə sakinlər olsa da, meteorit parçalarının düşdüyü otaqda heç kim olmayıb. Polis meteorit qalıqlarının Reynland-Pfalts əyalətinin digər bölgələrində də binaların dam örtüyünə ziyan vurduğunu bildirib.
Şahidlərin sözlərinə görə, meteorit atmosferə daxil olarkən parlaq alov zolağı yaradıb və güclü gurultu ilə müşayiət olunub. Hadisə Niderland, Şimali Reyn-Vestfaliya və Almaniyanın digər bölgələrində də müşahidə edilib.









