media-can-yaman-turkiyedeki-gozalti-iddialarina-aciklik-getirdi-ortada-bir-vaka-yok-4qic

İtaliyanın məşhur Sanremo Musiqi Festivalının açılış gecəsinə aparıcılıq edəcək Can Yaman Türkiyədə saxlanılması ilə bağlı iddialarla bağlı jurnalistlərin suallarını cavablandırıb.

ERAmedia HaberGlobal-a istinadən xəbər verir ki, Can Yaman açıqlamasında “Bunlar adi yoxlamalar idi və hələ də Türkiyədəki hər kəs üzərində aparılır. Onlar hər kəsi yoxlayırlar”, – deyə o bildirib.

Yaman sözlərini belə davam etdirdi:

“Mənim üçün heç bir hadisə baş vermədi: məni yoxladılar, testim mənfi çıxdı və 24 saatdan az müddətdə evə buraxıldım. Beləliklə, təsvir olunduğu kimi heç bir vəziyyət yox idi. Cavab aydındır: heç vaxt belə bir hal olmayıb.”


media-adspc

Bənzər xəbərlər