media-17713548044573326776_1200x630

Cenevrə şəhərində Moskva, Kiyev və Vaşinqton nümayəndə heyətlərinin Ukraynadakı nizamlanmanı müzakirə etdiyi danışıqların ilk günü başa çatıb.

ERAmedia xəbər verir ki, bu barədə məlumatlı mənbə “İnterfaks” agentliyinə bildirib.

Agentliyin mənbəsinin sözlərinə görə, “Cenevrədə danışıqlar başa çatıb; onlar təxminən dörd saat yarım davam edib. Danışıqlar fevralın 18-də davam etdiriləcək”.

Görüş “InterContinental Geneva” otelində reallaşıb və media nümayəndələri üçün qapalı keçirilib.

Danışıqlarda Moskva, Kiyev və Vaşinqton administrasiyalarının nümayəndələri iştirak ediblər.

***

İsveçrənin Cenevrə şəhərində Ukrayna münaqişəsinin həlli üçün Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə danışıqlar başlayıb.

ERAmedia beynəlxalq KİV-ə istinadən xəbər verir ki, danışıqlar sabah da davam etdiriləcək.

Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir.

Ukraynalılara Prezident Volodimir Zelenskinin ofisinin rəhbəri Kiril Budanov baçılıq edir.

ABŞ-ı görüşdə Prezidentin xüsusi elçisi Stiv Uitkov və Amerika liderinin kürəkəni Cared Kuşner təmsil edir.


media-adspc

Bənzər xəbərlər