media-rusiya_3_1727679293-full-768x403

ABŞ-ın Cənubi Qafqazda məhkəmlənməsi, “Tramp yolu” layihəsini reallaşdırmağa başlaması və Azərbaycanla strateji tərəfdaşlıq xartiyasını imzalaması Kremli “hərəkətə” gətirib.

Bunu ERamedia-ya açıqlamasında siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O vurğulayıb ki, Rusiya rəsmiləri, diplomatları və deputatları bir ağızdan eyni cümləni təkrarlayırlar: “Qərb ölkələri Rusiyanın Cənubi Qafqazda mövqelərini zəiflətməyə çalışırlar”.

“Rusiyanın bölgədə hansı nüfuzu qalıb ki, onunla mübarizə aparılsın? Rusiya Cənubi Qafqazda mövqeyini qorumaq üçün nə edib ki, bölgə ölkələri Moskva ilə hesablaşsınlar? Rusiya Gürcüstanın ərazisini işğal edib, Azərbaycanın mülki təyyarəsini vurub, Ermənistanda radikal müxalifətin əli ilə hakimiyyəti yıxmağa çalışır. Bütün bunlar varkən, bölgə ölkələri obyektiv olaraq Rusiyadan məsafə saxlayacaq, Türkiyə, Avropa İttifaqı və ABŞ-la əməkdaşlığı genişləndirəcəklər”, – deyə o bildirib.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər