Çobanın 84 baş qoyunla birlikdə yoxa çıxması ilə bağlı YENİ DETALLAR - FOTO
Salyan rayonunda 26 yaşlı gəncin heyvanlarla birlikdə yoxa çıxmasının bəzi təfərrüatı məlum olub.
ERAmedia xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, həmin şəxs heyvanları özü aparıb. Ümumilikdə itdiyi iddia olunan xırdabuynuzlulardan 54-ü qoyun, 30-u keçi olub. 71 baş heyvan tapılsa da, məlum olub ki, R.Rüstəmov 14 baş heyvanı özü ilə aparıb.
Məlumata görə, bu, R.Rüstəmovun törətdiyi ilk hadisə deyil, o, əvvəllər də eyni hadisəni törədib və sonradan evə qayıdıb.











