media-1787471189818810245_1200x630

Azərbaycan milli komandası Ekvadorun Quayakil şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında çıxışını başa vurub.

ERAmedia xəbər verir ki, fərdi yarışların son günündə yığmanın daha bir üzvü fəxri kürsüdə yer alıb. 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Ayxan Həsənli finala gedən yolda Kosta-Rika, Küveyt, Kolumbiya, Ermənistan və Yaponiya təmsilçilərinə qalib gəlib. O, həlledici görüşdə rusiyalı Daniyal Biybolatova məğlub olaraq dünya çempionatının gümüş medalına sahib çıxıb.

Xatırladaq ki, daha əvvəl Fərid Rzazadə 50 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək dünya çempionu olub.

Beləliklə, Azərbaycan millisi mundialı bir qızıl və bir gümüş olmaqla 2 medalla tamamlayıb. Komanda bu nəticə ilə 59 ölkə arasında oğlanların mübarizəsində 4-cü, ümumi medal sıralamasında isə 5-ci yeri tutub.


media-adspc

Bənzər xəbərlər