media-17822985174362854559_1200x630

Dubay Beynəlxalq Hava Limanında yeni hava hərəkətinin idarə edilməsi qülləsinin dizaynı təqdim edilib.

ERAmedia rəsmi WAM agentliyinə istinadla xəbər verir ki, yeni dizaynla qüllədə Birləşmiş Ərəb Əmirliklərinin bayrağının rəngləri əks olunub. Təqdimat mərasimində Dubay polisi tərəfindən xüsusi nümayiş də keçirilib.

Bildirilib ki, 89 metr hündürlüyündə olan yeni qüllə hava limanının gündəlik fəaliyyətində mühüm rol oynayır. Qüllədə fəaliyyət göstərən idarəetmə mərkəzi təyyarələrin gəlişi, yola düşməsi və hərəkətinin təhlükəsizliyini təmin edir.

Qeyd olunub ki, 1960-cı ildə fəaliyyətə başlayan Dubay Beynəlxalq Hava Limanı hazırda dünyanın ən işlək beynəlxalq hava limanlarından biri hesab edilir.


media-adspc

Bənzər xəbərlər