Elzar Ağayevə yeni vəzifə verildi
Elzar Ağayev Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya Departamentinin müdiri vəzifəsinə təyin edilib.
ERAmedia xəbər verir ki, bu barədə o özünün sosial şəbəkə hesabında məlumat verib.
“Bu gündən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya Departamentinin müdiri vəzifəsində fəaliyyətə başladım. Agentliyin fəaliyyətinə dair dolğun, dəqiq və operativ məlumatların ictimaiyyətə çatdırılması, media ilə işin səmərəli təşkili əsas prioritetimiz olacaq. Mənə göstərilən etimada görə Nazirliyin və Agentliyin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Bu yüksək etimadı doğrultmaq üçün var gücümüzlə çalışacağıq.” , – deyə Ağayev qeyd edib.
Qeyd edək ki, Elzar Ağayev jurnalistika sahəsində 23 ildən artıq təcrübəyə sahibdir. O, 20 ildən artıq Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrinin, əsasən də “AzTV”nin Yaxın Şərq, Ərəb ölkələri, Rusiya Federasiyası və bir sıra Avropa ölkərində nümayəndəsi kimi fəaliyyət göstərib.
Elzar Ağayev son illərdə Belçikanın Brüssel şəhərində “AzTV”nin Avropa bürosunun rəhbəri vəzifəsində çalışıb.
İngilis, rus, fransız və ərəb dillərini bilir.
Ailəlidir. 3 qız övladı var.










