Epşteyn qurbanlarına rekord məbləğ ödənilə bilər
ABŞ-da maliyyəçi və seks cinayətlərində ittiham olunmuş Cefri Epşteynin irsi və onun həmməsul icraçıları qadınlara qarşı zorakılıq iddiaları ilə bağlı qalan bütün məhkəmə iddialarını bağlamaq üçün 35 milyon dollara qədər kompensasiya ödənilməsi barədə razılığa gəlib.
ERAmedia xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Məlumata görə, razılaşma vəkilin qiymətləndirməsinə əsasən azı 40 qadından ibarət zərərçəkmişlər qrupunun bütün iddialarını yekun şəkildə bağlamağı hədəfləyir. Qərar Epşteyn Qurbanlarının Kompensasiya Proqramı çərçivəsində əvvəlki ödənişlərdən sonra verilib, 136 iddiaçıya 121 milyon dollar və əlavə olaraq 59 zərərçəkmişə 48 milyon dollar ödənilib.
Epşteynin keçmiş hüquqşünası Darren İndayk və mühasibi Riçard Kan təqsirlərini qəbul etmədən razılaşmaya imza atıblar. Kompensasiya məbləği tam şəkildə Epşteynin mirası hesabına maliyyələşdiriləcək.
Razılaşma layihəsi Nyu-York federal hakimi tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. Sənədlərə əsasən, qadınların sayı 40-dan çox olarsa ödəniş 35 milyon dollar, daha az olarsa 25 milyon dollar təşkil edəcək.
Həmməsul icraçıların vəkili bildirib ki, qadınlardan heç biri İndayk və Kanı seksual zorakılıqda və ya Epşteynin cinayətlərini görməkdə ittiham etməyib.
İş Nyu-Yorkun Cənub dairəsi üzrə Federal Məhkəməsində “Ward v. Indyke” adı ilə araşdırılır.
Bu razılaşma ABŞ-da ən səs-küylü qalmaqallardan biri üzrə zərərçəkmişlərə ödəniş prosesinin son mərhələsi hesab olunur.
Mələk Onur










