ƏSF-ə üzv bankların reyestrində dəyişiklik edilib
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli Qərarı ilə Bank “BTB” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a müvafiq olaraq Bank “BTB” ASC-yə verilmiş bank lisenziyası ləğv edilib, bankın T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilməsi prosesi tamamlanıb.
Fonddan ERAmedia-ya verilən məlumata görə, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Bank “BTB” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib.
Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 5 avqust 2026-cı il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:
| Reyestrə daxil olma tarixi | Bankın adı | |
| 1 | 30.07.07 | ASC “XALQ” BANKI |
| 2 | 30.07.07 | “AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC |
| 3 | 30.07.07 | “ACCESSBANK” QSC |
| 4 | 30.07.07 | BANK MELLİ İRAN BAKI FİLİALI |
| 5 | 30.07.07 | “AZƏR-TÜRK BANK” ASC |
| 6 | 30.07.07 | “BANK OF BAKU” ASC |
| 7 | 30.07.07 | “BANK RESPUBLİKA” ASC |
| 8 | 30.07.07 | “KAPİTAL BANK” ASC |
| 9 | 30.07.07 | “YELO BANK” ASC |
| 10 | 30.07.07 | “RABİTƏBANK” ASC |
| 11 | 30.07.07 | “TURANBANK” ASC |
| 12 | 30.07.07 | “UNİBANK KOMMERSİYA BANKI” ASC |
| 13 | 30.07.07 | “YAPI KREDİ BANK AZƏRBAYCAN” QSC |
| 14 | 07.08.07 | “EXPRESSBANK” ASC |
| 15 | 10.09.07 | “AZƏRBAYCAN SƏNAYE BANKI” ASC |
| 16 | 04.12.07 | “BANK AVRASİYA” ASC |
| 17 | 04.12.07 | “PAŞA BANK” ASC |
| 18 | 16.01.09 | “AFB BANK” ASC |
| 19 | 26.02.09 | “BANK VTB (AZƏRBAYCAN)” ASC |
| 20 | 28.04.09 | “PREMİUM BANK” ASC |
| 21 | 15.05.15 | “ZİRAAT BANK AZƏRBAYCAN” ASC |










