media-pxzjn4b7scfpl7zhnlqvdp6g1xrbmz3sx6gxdnu2-jpg_width-1200xheight-autoxtype-1

Fransanın Karpantra şəhərində ananın anomal isti hava şəraitində avtomobildə unutduğu iki azyaşlı uşaq həyatını itirib.

ERAmedia xəbər verir ki, bu barədə “The Daily Mail” qəzeti məlumat yayıb.

Bildirilib ki, dörd yaşlı Qasım Benuali və iki yaşlı qardaşı Sadek Benuali anaları supermarketə gedərkən avtomobildə qalıblar. Uşaqların nənəsi Fətiha əl-Bubkarinin sözlərinə görə, ana geri qayıtdıqda onları arxa oturacaqda huşsuz vəziyyətdə tapıb.

Hadisənin baş verdiyi gün havanın temperaturu 48 dərəcəyə çatıb. Mütəxəssislərin hesablamalarına əsasən, avtomobil salonunda temperatur təxminən 70 dərəcəyədək yüksəlib. Uşaqların ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.

Fətiha əl-Bubkari bəzi KİV-lərdə hadisənin qəsdən törədildiyi barədə yayılan məlumatları təkzib edərək bildirib:

“Bu, sadəcə dəhşətli bir səhv idi, qanunsuz heç nə baş verməyib. Belə dözülməz istidə hər kəsin diqqətini cəmləməsi çətin idi. Qızımın həyatında onsuz da çoxlu problemlər var idi.”

“The Daily Mail” yazır ki, 33 yaşlı Vəfa əl-Bubkari barəsində ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. Təqsiri sübuta yetiriləcəyi təqdirdə onu 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


media-adspc

Bənzər xəbərlər