Görüş Dohada olacaq
İyunun 30-da Qətərin paytaxtı Dohada ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı danışıqların keçirilməsi planlaşdırılır.
ERAmedia xəbər verir ki, bu barədə “Axios” portalı adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, tərəflər həmçinin qarşılıqlı atəşi dayandırmaq barədə razılığa gəliblər.
Digər mənbələrin iddiasına görə isə görüş zamanı Vaşinqton və Tehranın daha əvvəl imzalanmış anlaşma memorandumunun bütün istiqamətləri üzrə texniki danışıqları davam etdirməsi gözlənilir.









