media-d40ce00c-323e-4754-b92a-f30b797c0a1d

Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol barəsində məhkəmə hökmü çıxarılıb.

ERAmedia xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məhkəmə onu hərbi vəziyyət tətbiq etməyə cəhd göstərməkdə təqsirli bilərək ömürlük azadlıqdan məhrum edib.

CNN-in məlumatına görə, keçmiş müdafiə naziri Kim Yon Hyon da təqsirli bilinib və 30 il müddətinə həbs cəzasına məhkum olunub.

Hadisələr 2024-cü il dekabrın 3-də baş verib. Həmin gün Yun ölkədə hərbi vəziyyət elan edərək, müxalifət partiyaları daxilində Şimali Koreyaya simpatiya bəsləyən “antidövlət qüvvələrin” mövcud olduğunu iddia etmişdi.

Bundan sonra silahlı hərbçilər helikopterlərlə parlament binası yaxınlığına enərək deputatların toplandığı zala daxil olmağa cəhd göstəriblər.

Qəzəbli və təşvişə düşən vətəndaşlar, eləcə də deputatlar və parlament əməkdaşları girişləri barrikadalarla bağlayaraq hərbçilərin zala daxil olmasının qarşısını almağa çalışıblar.

Vüsalə


media-adspc

Bənzər xəbərlər