media-videoedited
media-558188741_1480087100297080_4377218356500945796_n
media-shehidler_olmez_baner_full
media-tahir_mirkisli_101220
Tahir MİRKİŞİLİ
Milli Məclisin deputatı, iqtisad üzrə fəlsəfə doktoru 
İqlim dəyişikliyinə qarşı iqtisadi zəiflik coğrafiya ilə müəyyən edilmir: temperaturun həddindən artıq tərəddüdlərinin təsiri əmtəə bazarları vasitəsilə ölkədən ölkəyə keçərək inflyasiya sıçrayışlarına səbəb ola blir.
İqlim dəyişikliyi inflyasiyanı gücləndirə bilən amillərdən biridir. İsti və ya soyuq dalğalar kimi ekstremal hava hadisələri və qasırğa və ya daşqın kimi təbii fəlakətlər xüsusilə kənd təsərrüfatında istehsal gücünü azaldır və nəqliyyat infrastrukturunu pozur. İqlim dəyişikliyinin inflyasiyaya təsiri son illərdə o qədər qabarıq şəkildə özünü büruzə verir ki, ona xüsusi bir ad qoyulub artıq: “iqlimflyasiya” (“iqlim” və “inflyasiya” sözlərindən).
İqtisadçı alimlərin hesablamalarına görə, “iqlimflyasiya” növbəti onillikdə, yəni 2035-ci ilə qədər ərzaq inflyasiyasını 0,9-3 faiz bəndi sürətləndirə bilər. Qlobal miqyasda orta illik inflyasiya 0,3-1,2 faiz bənd, ümumi inflyasiya isə illik 12,3 faiz bənd sürətlənə bilər.
Hər hansı bir ölkədə temperatur anomaliyalarının nəticələri onun sərhədləri daxilində artıq məhdudlaşmır, əmtəə bazarları vasitəsilə beynəlxalq bazarlara ötürülür.
Əgər əmtəə ixrac edən ölkələrdə temperatur şokları baş verərsə, bunun nəticələri qlobal xarakter daşıyır, çünki digər iqtisadiyyatlar daha yüksək inflyasiya “idxal edir” və bu qiymət təzyiqi daxili qiymətlərə ötürülür.
İqlim risklərinin ekoloji problemdən makroiqtisadi risklərə çevrilməsi, qiymət sabitliyini pozması makro-iqtisadi siyasətdə nəzərə alınması vacib olan amilə çevrilməkdədir.

media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər