media-image_940x_6777a63f9ded2

İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı qanunsuz dərnək və məscidlərdə təşkil etdikləri dərs və söhbətlər vasitəsilə təşkilata yardım edən şəxslərdən fitrə, zəkat və ianə adı altında pul topladıqları müəyyən edilən 39 şübhəli saxlanılıb.

ERAmedia xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosunun koordinasiyası ilə İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat şöbələrinin əməkdaşları İŞİD terror təşkilatının fəaliyyətinin ifşa olunması istiqamətində əməliyyat keçiriblər.

Araşdırma zamanı müəyyən edilib ki, “Taksici Muhammed (K)” kod adlı Orhan Kiçik təşkilat tərəfdarlarına qondarma liderlik edərək onlara məxsus qanunsuz dərnək və məscidlərdə dini dərslər və söhbətlər təşkil edib, tərəfdarlarından fitrə, zəkat və ianə adı altında vəsait toplayıb.

İstintaq zamanı həmçinin məlum olub ki, təşkilat üzvləri dini mövzular ətrafında radikal çağırışlar səsləndirib, qanunsuz məscidlərə yeni tərəfdarlar cəlb etmək məqsədilə təbliğat aparıblar. Onlar dövlətin İslam hökmlərinə uyğun idarə olunmadığını, Allahın hökmlərinin tətbiq edilmədiyini və ölkə rəhbərlərinin şirk içində olduqlarını iddia ediblər.

Baş Prokurorluğun 42 nəfər barəsində saxlanılma qərarı verməsindən sonra İstanbulda, o cümlədən sözügedən iki məscid olmaqla ümumilikdə 43 ünvana eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyat nəticəsində 39 şübhəli saxlanılıb. Axtarışlar zamanı 1 ədəd qeydiyyatsız tapança, 50 patron, 2 ədəd kəsici-deşici bıçaq, 1 pilotsuz uçuş aparatı (dron) və çoxlu sayda rəqəmsal material aşkar edilərək götürülüb.


media-adspc

Bənzər xəbərlər